Avropa ölkələri Ukraynaya sülhməramlılar göndərəcəklər?

Dünya

01.04.2025 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

Kaja Kallas: “Aİ ölkələri qüvvələrini Ukraynaya göndərməyə hazır olub-olmamaqlarına özləri qərar verməlidirlər”

Avropa İttifaqı (Aİ) ölkələri öz qüvvələrini Ukraynaya sülhməramlı kimi göndərməyə hazır olub-olmadıqlarına özləri qərar verməlidirlər. AYNA.AZ xəbər verir ki, bu barədə “El Mundo” nəşrinə müsahibəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.

"Silahlı qüvvələri olan bütün üzv dövlətlər öz qüvvələrini sülhün qorunmasına sərf etməyə hazır olub-olmadıqlarını özləri qərar verməlidirlər. Lakin sülhü qorumaq üçün ilk növbədə bu, bərqərar olmalıdır ", - diplomat bildirib.

Onun fikrincə, Rusiya indi sülh istəmir, ona görə də Aİ ölkələri buna nail olmaq üçün Moskvaya təzyiq göstərməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş