Avropa ölkələri Ukraynaya sülhməramlılar göndərə bilər

Dünya

16.03.2025 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

Emmanuel Makron: “Avropalılar Vladimir Putindən icazə istəməyəcəklər”

“Ukrayna suveren ölkədir, ona görə də o, müttəfiq ölkələrdən öz ərazisində sülhməramlı kontingent yerləşdirməyi xahiş etsə, onlarla razılaşıb-razılaşmamağa qərar verən Rusiya deyil”. AYNA.AZ xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron "Le Parisien" qəzetinə müsahibəsində deyib.

Makron deyib ki, qərar dəyişməz olaraq qalır: “Avropalılar Vladimir Putindən icazə istəməyəcəklər”.

Eyni zamanda, Odessa, Lvov və Kiyev kimi digər ölkələrin qoşunlarının yerləşdirilə biləcəyi şəhərlərin adı çəkilir.

Hazırlanma mərhələsində olan və artıq “bir neçə ölkəni” (həm Avropa daxilində, həm də xaricdən) əhatə edən Fransa-Britaniya planına gəlincə, Makron deyib ki, “məqsəd kütləvi hərbi qüvvə yaratmaq deyil, çünki Avropanın ən böyük ordusu Ukrayna ordusudur”.

“İdeya təlim proqramları keçirmək üçün hər ölkədən bir neçə min əsgəri əsas yerlərdə yerləşdirmək və müttəfiq ölkələrə uzunmüddətli dəstək nümayiş etdirməkdir”, - Makron vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş