“Avropa Məhkəməsi erməni tərəfin əsas iddiasını təmin etməyib”

Siyasət

27.05.2020 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Əziz Əlibəyli: “Ermənistan çalışır ki, azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığını isbat etsin”

 

Bu günlərdə hərbçimiz Ramil Səfərovla bağlı qalmaqallı məsələ yenidən gündəmə gəldi. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistan vətəndaşları Makuçyan və Minasyanın şikayətləri üzrə AİHM 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlı yeni qərar verib.

 

Qərara əsasən, AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan və Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyib. Qərara görə, Azərbaycan şikayət edən ermənilərə 15 min 143,33 funt strerlinq məbləğində təzminat ödəməlidir.

 

8 ildən sonra çıxarılan qərarı AYNA-ya şərh edən beynəlxalq məsələlər üzrə araşdırmaçı Əziz Əlibəyli deyib ki, bu məsələyə paralel yanaşmaq lazımdır: “Belə ki, 1921-ci ildə Tələt paşanı qətlə yetirən Soqomon Teyliryanın bəraət alması, Behbud xan Cavanşiri qətlə yetirən Misak Torlakyanın azad edilməsi, 1984-cü ildə Türkiyənin ABŞ-dakı Baş konsulunu qətlə yetiriən Qurgen Yanikyanın azadlığa buraxılması, 2001-ci ildə Fransanın “Orli” hava limanında 8 nəfəri qətlə yetirmiş Karapetyanın azadlığa çıxması da insan haqlarının pozulması, dünyaya, demokratiyaya qarşı zərbə idi və bütün bunlara biganə yanaşan Avropanın bu məslələrdə ikiüzlülyünü göstərmişdi”.

“Ermənistan tərəfi Qurgen Markaryanın qətlə yetirilməsini yenidən gündəmə gətirərək, onun öldürülməsini insan hüquqlarının pozulması kimi qiymətləndirməyə çalışır. Lakin iki ölkə arasında davam edən münaqişənin inkişaf prosesinə fikir versək, görərik ki, əslində, azərbaycanlılar etnik təmizləmə faktına məruz qalıblar və Ermənistan hələ də təcavüzkar siyasətini davam etdirir. Ermənistan tərəfi də bu məsələni gündəmə gətirməklə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğal olunmuş torpaqları üzərindən yayındırmağa çalışır. Bütövlükdə bütün bunlar onu göstərir ki, Ermənistan hələ də müharibə cinayətlərindən əl çəkmək istəmir”, - Əlibəyli bildirib.

 

Siyasi şərhçi, həmçinin qeyd edib ki, AİHM-in Ramil Səfərovla bağlı qərarında Ermənistanın əsas niyyəti həyata keçməyib: “Məhkəmənin verdiyi qərar Ramil Səfərovun əfv olunması, yaxud da cinayət işinin yenidən açılması ilə bağlı olmadı. Həm də məhkəmədə yaşamaq hüququnun pozulması ilə bağlı iddia da ləğv edildi və Azərbaycan tərəfinin bu hüququ pozmadığına dair qərar verildi. Yəni AİHM də bütövlükdə bu hadisənin Ramil Səfərovun şəxsi əməli olduğunu və Azərbaycan hökumətinin sifarişi ilə həyata keçirilmədiyini qəbul edib. Ona görə də bütün məsuliyyət yalnız Ramil Səfərovun üzərinə yüklənib. Lakin onun əfv edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan ilə Macarıstan arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib”.

 

“Digər məsələ isə ondan ibarətdir ki, Ermənistan tərəfinin Ramil Səfərovla bağlı müraciət etməsinin əsas səbəbi təbliğat amilidir. Yəni onlar bu hadisəni danışıqlar prosesinin pozulması kimi önə çıxarır və Azərbaycan millətçiliyinin ermənilərə qarşı olduğunu qabartmağa çalşırlar. Həm də bu hadisə ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığını isbat etməyə cəhd edirlər”, - həmsöhbətimiz vurğulayıb.

 

O, əlavə edib ki, əsas səbəblərdən biri də Ramil Səfərovun kimliyi ilə bağlıdır: “Məlumdur ki, Ramil Səfərovun Cəbrayıldan qaçqın düşməsi, qaçqın düşərgəsində böyüməsi, ailəsində şəhid olanlar Ermənistanın iddiasını azaldır. Hesab edirəm ki, Aərbaycan Xairic İşlər Nazirliyi də yaydığı bəyanatda məsələyə obyektiv münasibət bildirib və Azərbaycan tərəfinin Ramil Səfərovun əməlində hüquq pozuntsuna yol vermədiyini bildirib. Sadəcə nəzərdə tutulan məbləğ ödəniləcək və şəxsi məsələ ilə bağlı qərar icra olunacaq. Əslində isə Ramil Səfərov bu hadisəyə görə, verilən cəzanı çəkib və məsuliyyətinin əvəzini ödəyib. Lakin proses bu cürdürsə, o zaman onun da hüquqları bərpa olunmalı və o, ən azından işğal olunmuş Cəbrayıla gedib doğmalarının qəbirlərini ziyarət etməlidir”.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş