ATV Qarabağda yayım üçün MTRŞ-yə müraciət edib

Xəbərlər

17.11.2020 - 16:02

Həkimlər Klinikalar SEO Xidməti

Telekanal yayım tezliklərinin ayrılmasına icazə istəyib

 

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti (ATV) Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa, Laçın və Kəlbəcərdə 106.3 FM radiosunun proqramlarını yayımlamaq üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət ünvanlayıb.

 

Bu barədə AYNA-ya ATV-dən bildirilib. Müraciətdə Şuşa, Laçın və Kəlbəcərdə yeni radio ötürücülərin quraşdırılması üçün “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinə yayım tezliklərinin ayrılmasına icazə verilməsi xahiş edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş