ATƏT PA-ya yeni sədr seçilib

Dünya

07.07.2021 - 09:47

Keçmiş vitse-prezidenti Marqareta Sederfelt qurumun sədri olub

 

ATƏT PA-nın keçmiş vitse-prezidenti Marqareta Sederfelt (İsveç) qurumun sədri seçilib. AYNA xəbər verir ki, bu barədə təşkilat açıqlama yayıb.

 

Bildirilib ki, Pia Kauma (Finlandiya), Daniela de Ridder (Almaniya), Askar Şakirov (Qazaxıstan), Raynhold Lopatka (Avstriya) və İren Haralambides (Kipr) isə PA-nın yeni vitse-prezidentləri seçiliblər.

 

Yeni vəzifəsində ilk çıxışını edən xanım Sederfelt pandemiyadan sonra dünyanın daha güclü olacağına ümid etdiyini vurğulayıb.

Müəllif: Ayna.az