ATƏT PA-nın sessiyaları təxirə salındı

Xəbərlər

28.04.2020 - 19:55

Həkimlər Klinikalar SEO Xidməti

Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq əldə edilib

 

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilən onlayn Büro iclasında iştirak edib.

 

AYNA xəbər verir ki, iclasda bir sıra təşkilatı məsələlər müzakirə olunub. 

 

Onlayn toplantıda ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq əldə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş