“Bu, Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqlar üçün şərait yaratmağa kömək edə bilər”
“Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatların təqdim edilməsini alqışlayıram”. AYNA xəbər verir ki, bunu İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde özünün “Twitter” hesabında yazıb.
“Bu etimad quruculuğu tədbirləri Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqlar üçün şərait yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam”, - deyə Linde qeyd edib.