ATƏT Gürcüstanda keçirilən seçkilərə qiymət verdi

Dünya

03.10.2021 - 23:17

Həkimlər Klinikalar SEO Xidməti

Albert Conson: “Seçkilər yaxşı təşkil olunmuşdu, namizədlərin seçkidə sərbəst iştirak etmək imkanı var idi”

“Gürcüstanda keçirilən yerli özünüidarə orqanlarına keçirilən seçkilər şəffaflıq və yüksək təşkilatçılıqla baş tutub”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçi missiyasının rəhbəri Albert Conson seçki prosesini qiymətləndirərkən deyib.

“Seçkilər yaxşı təşkil olunmuşdu. Namizədlərin seçkidə sərbəst iştirak etmək imkanı var idi", - deyə ATƏT nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, səslərin sayılması prosesi də şəffaflıq prinsiplərinə cavab verib.

Xatırladaq ki, Gürcüstanın Mərkəzi Seçki Komissiyası yerli özünüidarəetmə orqanlarına oktyabrın 2-də keçirilmiş seçkilərin nəticələrini açıqlayıb. Bülletenlərin 99,92 faizinin hesablanmasından sonra hakim Gürcü Arzusu Partiyası 46,5 faiz səslə liderdir.

MSK-nın məlumatına görə, “Gürcü Arzusu" proporsional siyahı üzrə 46,65 faiz seçicinin dəstəyini qazanıb. Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyası 30,7 faiz səs toplayıb.

Qeyd edək ki, paytaxt Tiflis də daxil olmaqla, 20 səhər və rayonda mer seçkiləri ikinci tura qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş