Astarada ev yanıb

Hadisə

18.07.2021 - 17:33

Hadisə rayonunun Kijəbə qəsəbəsində baş verib

 

Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli ev yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az