AŞPA məruzəçisi Azərbaycana gəlir

Xəbərlər

24.07.2021 - 13:58

Paul Qavan iyulun 26-dan 28-dək ölkəmizdə olacaq

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) Azərbaycana səfər edəcək.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, iyulun 26-dan 28-dək Azərbaycanda səfərdə olacaq AŞPA məruzəçisi "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabatı üçün informasiya toplayacaq.

 

Paul Qavan Bakıda Milli Məclisin sədri, parlament üzvləri və münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri ilə görüşlər keçirəcək. AŞPA məruzəçisi həmçinin köçkünlərlə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.

 

Qeyd edək ki, AŞPA məruzəçisi artıq 2021-ci ilin mayında bu hesabatın hazırlanması kontekstində Ermənistanda səfərdə olub.

Paul Qavan hesabatını sentyabr ayında təqdim edəcək.

Müəllif: Ayna.az