“ASAN xidmət” xidmət saatlarını uzadıb

Xəbərlər

25.08.2021 - 12:53

Dəyişiklik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlıdır

 

Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərində vətəndaş müraciətlərinin daha çox olduğu şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib.

 

AYNA xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat yayıb.

 

Bildirilib ki, dəyişikliyə əsasən həmin mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin beş günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir.

 

Eyni zamanda vətəndaş məmnunluğunun və operativliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə xidmət prosesində təkmilləşdirmə işləri aparılır.

Müəllif: Ayna.az