"Asan İmza"nızdan muğayat olun - XƏBƏRDARLIQ

Xəbərlər

17.06.2022 - 19:36

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Vergi Xidməti: Məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Asan İmza sahiblərinə xəbərdarlıq edib. Qurumdan AYNA-ya bildirilib ki, Asan İmza (Mobil imza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün mobil identifikasiyadır və bu, bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir.

Qeyd olunub ki, “Elektron imza və elektron sənəd haqqında” Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.

Odur ki, vətəndaşların adından onlardan xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən sui-istifadə hallarının yol verilməməsi məqsədilə Asan imza Sim kartının və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş