"Arzu" mərasim evinin  fəaliyyəti dayandırılıb

Xəbərlər

05.03.2025 - 20:47

Həkimlər Klinikalar SEO Xidməti

FHN Sumqayıtda mərasim evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında yerləşən "Arzu" mərasim evinin fəaliyyəti dayandırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, mərasim evində yoxlama keçirilib: "Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektdə yanğın su hovuzu mövcud deyil;

- obyekt tikinti norma və qaydalarının tələblərinə uyğun ehtiyat təxliyə çıxışı ilə təmin olunmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri, o cümlədən odsöndürən balonlarla təmin olunmayıb;

- təxliyə planı mövcud deyil;

- obyektin tavan hissələri yanar material olan lambirlə üzlənilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında yerləşən "Arzu" mərasim evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş