"Arsenal" "Mançester Siti"nin futbolusunu transfer edib

İdman

23.07.2022 - 04:45

Həkimlər Klinikalar SEO Xidməti

Sol cinah oyunçusu üçün 32 milyon avro təzminat ödəniləcək

İngiltərə "Arsenal"ı "Mançester Siti"nin futbolçusu Aleksandr Zinçenkonu heyətinə qatıb.

AYNA London klubunun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

"Topçular" 26 yaşlı sol cinah oyunçusu üçün "şəhərlilər"ə 32 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Aleksandr Zinçenko "Mançester Siti"yə 2016-cı ildə Rusiyanın "Ufa" klubundan 2 milyon avroya keçmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş