Argentinada milyonerlərdən koronavirus vergisi yığılacaq

Dünya

31.01.2021 - 06:30

Həkimlər Klinikalar SEO Xidməti
Verginin bir hissəsi yoxsullara yardım və təhsil təqaüdləri üçün istifadə ediləcək
 
Argentina COVID-19-a qarşı mübarizə aparmaq üçün lazım olan tibbi ləvazimatları almaq və iqtisadi çətinlik yaşayan, yardıma ehtiyacı olan müəssisələrə kömək etmək məqəsdilə ölkənin zəngin şəxslərindən dəstək almağı qərar verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu birdəfəlik xüsusi vergi sərvəti 200 milyon pesodan (2,3 milyon dollar) çox olanlara aid edilib. Onların dövlətə daxili aktivlərinin 3 faizini, xaricdəki aktivlərinin 5 faizini vergi şəklində vermələri nəzərdə tutulub.
 
Hökumət bu yolla 3 milyard dollar vergi yığacağına ümid edir. Verginin bir hissəsi yoxsullara yardım və təhsil təqaüdləri üçün istifadə ediləcək. “Milyoner vergisi”nin ölkənin 12 minə yaxın ən varlı qismini əhatə edəcəyi gözlənilir.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş