“Aprel zəfərini qürurla anırıq!” – AzTV-dən yeni videoçarx

Xəbərlər

01.04.2021 - 21:39

Həkimlər Klinikalar SEO Xidməti

Çarxda Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbənin başlanğıcı olduğu qeyd edilir

 

Azərbaycan Televiziyası Aprel döyüşlərinin 5 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumatına görə, fərqli tərtibatda hazırlanan və şüarı “Aprel zəfərini qürurla anırıq!” olan çarxda Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbənin başlanğıcı olduğu qeyd edilir.

 

Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprelin 5-dək davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Silahlı Qüvvələrimiz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri başlayıb. Bu kəndə köç Qarabağa böyük qayıdışın başlanğıcı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş