ANAMA minatəmizləmə barədə məlumat yayıb

Xəbərlər

14.09.2021 - 01:43

Həkimlər Klinikalar SEO Xidməti

İcra olunmuş əməliyyatlarla bağlı həftəlik hesabat yayımlanıb

Sentyabrın 6-dan 11-dək 293 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AYNA xəbər verir ki,  bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

İşğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında qeyd olunur ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 piyada əleyhinə mina, 30 tank əleyhinə mina və 109 partlamamış hərbi sursat aşkarlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş