ANAMA minalarla bağlı məlumat yayıb

Xəbərlər

08.01.2021 - 10:44

Həkimlər Klinikalar SEO Xidməti

Son iki gündə 13 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib

 

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) son iki gündə 13 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirməsi barədə məlumat yayıb.

 

Qurumdan AYNA-ya bildirib ki, əməliyyatlar Ağdam, Ağcabədi, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə daxil olmuş məlumatlar əsasında aparılıb.

 

"7 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 13 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 216 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina, 2 ədəd silah, 2 ədəd təlim mərmiləri, 3527 ədəd müxtəlif çaplı patronlar və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub", məlumatda deyilir.

 

ANAMA-dan bildirilib ki, agentliyin partlayış qrupu tərəfindən 1141 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.

 

Agentlik indiyədək Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 min 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıldığını da bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş