Aktrisa ürək çatışmazlığından əziyyət çəkirmiş
Amerikalı aktrisa Ceyn Qellouey Heyts 78 yaşında vəfat edib. AYNA-nın məlumatına görə, bu barədə “The Hollywood Reporter” xəbər verib.
Aktrisanın qızının sözlərinə görə, Qellouey Heyts Haylend-Parkda (İllinoys ştatı) müalicə aldığı xəstəxanada ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Heyts tamaşaçılara daha çox “Böyük partlayış nəzəriyyəsi” və “Xor” seriallarından tanışdır.