Amerikada miqrantlara qarşı reydlər Nyu Yorkda başlayıb

Dünya

29.01.2025 - 01:54

Həkimlər Klinikalar SEO Xidməti

"İmmiqrasiya məmurları və federal agentlər hər üç sakindən birinin xarici olduğu şəhərdə reydə başlayıblar"

Donald Tramp administrasiyasının miqrantlara qarşı elan etdiyi irimiqyaslı reydlər Nyu-Yorkda başlayıb. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

"İmmiqrasiya məmurları və federal agentlər hər üç sakindən birinin xarici olduğu şəhərdə reydə başlayıblar", - məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, federal agentlər miqrantları yerli hakimiyyət orqanları ilə mərkəz arasında qarşılıqlı əlaqənin məhdud olduğu ərazilərdə saxlayırlar.

Qeyd olunub ki, təhlükəsizlik qüvvələri cinayətkarları axtarır, lakin onlar qeyri-qanuni mühacirləri də yaxalaya bilirlər. Bundan sonra əcnəbilər deportasiya edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş