Sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar
İyulun 24-də AZAL aviaşirkətinin çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatıdan vətənə gəlib. Bu barədə AYNA-ya AZAL-dan məlumat verilib.
Bildirilir ki, həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.
Xatırladırıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.