Son 24 saatda 229 nəfər vəfat edib ki, bununla ümumi ölənlərin sayı 5315 nəfərə çatıb
Almaniyada COVID-19 səbəbindən həyatını itirənlərin sayı günbəgün artır. AYNA xarici mediaya istinadən xəbər verir ki, indiyədək ölkədə 150648 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
Son 24 saatda 229 nəfər vəfat edib ki, bununla virus qurbanlarının ümumi sayı 5315 nəfərə çatıb. Nəticədə dünyada virusdan ölüm sayına görə Almaniya 5-ci pilləyə qalxıb.
Qeyd edək ki, hazırda dünyada təsdiqlənmiş virusa yoluxma sayı 2,6 milyondan çoxdur. Ölənlərin sayı 184 263 nəfərə çatıb, virusa qalib gələrək sağalanların sayı isə 722171 nəfərdir.