Almaniya qaçqınların müraciətini rədd edir

Dünya

03.06.2025 - 17:24

cedabet dərman SEO Xidməti

Kansler: “Hökumət bu qərarı ictimai təhlükəsizliyi və asayişi qorumaq, şəhərləri və bələdiyyələri həddindən artıq yüklənmədən xilas etmək üçün verib”

Almaniya Berlin İnzibati Məhkəməsinin qərarına baxmayaraq, sığınacaq axtaranların əksəriyyətini rədd etməyə davam edəcək. AYNA.AZ “Bild”ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib.

“Sərhədlərdə vəziyyət yeni Avropa qaydalarının köməyi ilə xeyli yaxşılaşana qədər biz daxili sərhədlərdə nəzarəti saxlamalı olacağıq”, - kansler qeyd edib.

Merz həmçinin qeyd edib ki, Berlin İnzibati Məhkəməsi qaçqınların Almaniya sərhəddinə girişinin qadağan edilməsinin qeyri-qanuni olduğuna dair qərar verib: “Lakin Almaniya hökuməti Avropa İttifaqının mövcud qanunvericiliyi çərçivəsində fəaliyyət göstərərək hələ də qaçqınların müraciətlərini rədd edə bilər.

Onun sözlərinə görə, Almaniya hökuməti bu qərarı ictimai təhlükəsizliyi və asayişi qorumaq, eləcə də şəhərləri və bələdiyyələri həddindən artıq yüklənmədən xilas etmək üçün verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş