Ali məktəb və kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

Xəbərlər

01.08.2022 - 15:28

Həkimlər Klinikalar SEO Xidməti

Universitetlərə qəbul üzrə ixtisas seçimi 16-28 avqustda aparılacaq

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi 16-28 avqust, 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə isə 8-17 avqust tarixlərində aparılacaq.

İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

“Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla buradan tanış olmaq mümkündür”, - məlumatda bildirilib.

Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə iyulun 21-də keçirilən imtahan nəticələri bu həftə ərzində elan olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş