Ağstafada avtomobil körpüdən aşıb

Hadisə

31.05.2020 - 23:32

Hadisə nəticəsində dörd nəfər yaralanıb

 

Ağstafda baş verən qəzada dörd nəfər xəsarət alıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını körpüdən aşıb. Nəticədə 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yaralananlardan ikisinin kimliyi məlum olub. Onlar 1981-ci il təvəllüdlü İbrahimov Vidadi Vaqif oglu, 1979-cu il təvəllüdlü Abdullayev Həsən İsrafil oğludur. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az