Sürücü hadisə yerində ölüb
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza "VAZ 2106" markalı iki minik maşının toqquşması nəticəsində baş verib. Nəticədə sürücülərdən biri, Kürdəmir rayonunun Mollakənd kənd sakini, 1995-ci il təvəllüdlü Aslan Rüstəm oğlu Xasanov hadisə yerində ölüb.
Qəzada 3 nəfərin xəsarət aldığı bildirilir. Bunlar Kürdəmir rayonunun Carlı kənd sakinləri - 1984-cü il təvəllüdlü Aygül Əlhüseyn qızı Kərimova, 2006-cı il təvəllüdlü Rəhman Rəşid oğlu Kərimov və Xəlsə kənd sakini, 1938-ci il təvəllüdlü İsgəndər Həbiş oğlu Rəhimovdur.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.