Ağdamdakı Rusiya hərbçiləri peyvəndləniblər

Xəbərlər

10.02.2021 - 14:21

Birgə Monitorinq Mərkəzindəki Rusiya hərbçiləri koronavirusa qarşı peyvənd olunub

 

Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Rusiya hərbçiləri koronavirusa qarşı peyvənd olunublar. AYNA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən hərbçilərinin hamısına “Sputnik V” peyvəndi vurulub.

 

“Hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin hərbçilərinə koronavirusa qarşı peyvənd vurulması prosesi davam edir. Peyvənd hərbçilərə könüllü olaraq vurulur”, - Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Müəllif: Ayna.az