Ağcabədidə avtomobil yanıb

Hadisə

24.09.2021 - 16:21

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Ağcabədidə minik avtomobili yanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Hindarx qəsəbəsində “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az