Ağ Evdə istefalar başlayıb

Dünya

07.11.2020 - 18:08

Həkimlər Klinikalar SEO Xidməti

Müşavir: “Trampla çalışmaq əsl şərəf idi”

 

ABŞ-da Prezident seçkilərində Demokratların namizədi Co Bayden qələbəyə doğru irəlilədikcə, Ağ Evdə istefalar başlayıb. AYNA Amerika mediasına istinadən xəbər verir ki, artıq Trampın məsləhətçisi Caron Smit vəzifəsindən istefa verib.

 

Smit istefası haqqında rəsmi “Twitter” hesabında bunları yazıb: “Prezident Donald Trampla çalışmaq əsl şərəf idi. Qürurla deyə bilərəm ki, vədlərimizə əməl etdik. Bu qərarı ailəmlə birlikdə qəbul etdik və seçkidən əvvəl Ağ Evdəki səlahiyyətlilərlə paylaşdım. Mənə bu şansı verdiklərinə görə minnətdaram. Mübarizəyə davam edin, cənab Prezident!”

 

Qeyd edək ki, Caron Smit 2017-ci ildən etibarən Ağ Evin baş müşaviri və Trampın kürəkəni Cared Kuşner ilə birlikdə fəaliyyət göstərirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş