Abşeronda avtomobil yolu keçmək istəyən piyadanı vurdu

Hadisə

17.10.2021 - 11:57

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə “Riyad” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Mirzağayev Elşad Rəsul oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

E.Mirzağayevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az