ABŞ Venesuela ilə neft müqaviləsini ləğv edib

Dünya

27.02.2025 - 12:27

Həkimlər Klinikalar SEO Xidməti

Donald Tramp Venesueladan neft hasilatı və ixracına icazəni ləğv edib

ABŞ Prezidenti Donald Tramp Venesueladan neft hasilatı və ixracına icazəni ləğv edib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Amerika lideri Karakasın ABŞ-la neft hasilatı ilə bağlı razılaşmanın şərtlərini, o cümlədən Cənubi Amerika ölkəsində seçkilərin keçirilməsi şərtlərini yerinə yetirmədiyini vurğulayıb.

Bildirib ki, buna görə də Vaşinqton keçmiş Prezident Co Baydenin Venesuela lideri Nikolas Maduroya 26 noyabr 2022-ci il tarixli neft sazişi çərçivəsində verdiyi güzəştləri ləğv edir.

Tramp qeyd edib ki, icazə martın 1-də ləğv ediləcək.

Tramp həmçinin Venesuela hökumətini ABŞ-a qeyri-qanuni yollarla daxil olan vətəndaşlarını geri qaytarmamaqda ittiham edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş