ABŞ ÜST-lə bütün əlaqələrini dayandırıb

Dünya

29.05.2020 - 23:45

Donald Tramp: “ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur"

 

Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.

 

AYNA-nın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

“ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, - deyə, Tramp bildirib.

Müəllif: Ayna.az