Sanksiyalar 180 gün müddətinə dayandırılıb
ABŞ Suriyaya qarşı tətbiq olunan sanksiyaların fəaliyyətini 180 gün müddətinə dayandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilən məlumatda qeyd olunub ki, sözügedən addımın məqsədi Dəməşqi elektrik enerjisi, su və humanitar yardımla təmin etməkdir.