Bu, Danimarka və ABŞ-ın NATO müttəfiqlərinin mənfi reaksiyasına səbəb ola bilər
ABŞ Müdafiə Nazirliyi Qrenlandiyanı ABŞ Şimal Komandanlığının (NORTHCOM) məsuliyyət zonasına daxil etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Politico” məlumat yayıb.
Məlumata görə, Qrenlandiya bu həftə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) yurisdiksiyasından çıxarıla bilər.
Nəşr yazıbn ki, bu, Danimarka və ABŞ-ın NATO müttəfiqlərinin mənfi reaksiyasına səbəb ola bilər.
“Coğrafi nöqteyi-nəzərdən bu addım müəyyən məna kəsb edir. Lakin siyasi nöqteyi-nəzərdən bu, açıq şəkildə Avropanı narahat edəcək”, - “Politico” mənbələrindən biri bildirib.
Nəşrin başqa bir mənbəsi ABŞ-ın Danimarka hökumətini bu planlar barədə xəbərdar etmədiyini qeyd edib.