ABŞ Kanadanın polad və alüminiumuna tarif artımını təxirə salıb

Dünya

12.03.2025 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

“Hovard Lutnik bu müqavilənin həyata keçirilməsində gözəl iş görüb”

ABŞ Kanadanın polad və alüminium idxalına tarifləri 50 faizə qədər artırılmasını təxirə salıb. Artım qərarı bu həftə qüvvəyə minməyəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın ticarət müşaviri Peter Navarro deyib.

Navarro qeyd edib ki, ABŞ-ın ticarət naziri Hovard Lutnik “bu müqavilənin həyata keçirilməsində gözəl iş görüb”.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-a elektrik enerjisi ixracına 25% vergi tətbiq etmək qərarına cavab olaraq Kanada metallarına idxal rüsumlarını ikiqat artırmaq planını açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş