ABŞ İranın beş xam neft tankerini məhv edib

Dünya

09.09.2026 - 09:13

Amerikalı hərbçilər arasında xəsarət alan olmayıb

ABŞ Mərkəzi Komandanlığının qüvvələri İranın beş xam neft tankerini məhv edib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gündə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini iki dəfə ballistik raketlərlə hədəfə almasından sonra sentyabrın 8-də həyata keçirilib.

ABŞ döyüş gəmisinin hücumlardan yayındığı və region sularında patrul xidmətini davam etdirdiyi qeyd olunub.

Hadisə nəticəsində amerikalı hərbçilər arasında xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş