“Reuters”: ABŞ Qrenlandiyada yüksək texnologiyalı şəhər yaratmaq istəyir
ABŞ adanın alınması ilə bağlı müqavilənin bir hissəsi kimi Qrenlandiyada yüksək texnologiyalı şəhər yaratmaq istəyir. Bu ideya ABŞ-ın Danimarkadakı yeni səfiri, sahibkar Ken Hoveri tərəfindən fəal şəkildə irəli sürülür. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Müzakirələr ilkin mərhələdədir. Bu ideya Trampın yaxın aylarda Konqres tərəfindən təsdiqlənəcəyi və Qrenlandiyanın alınması ilə bağlı danışıqlara rəhbərlik edəcək Danimarka səfiri vəzifəsinə namizədi Ken Hoveri tərəfindən ciddi qəbul edilir”, - deyə mənbə vurğulayıb.