ABŞ-ın vitse-prezidenti o ola bilər

Dünya

20.08.2020 - 11:12

Baydenin vitse-prezident postuna namizədinin adı açıqlandı

 

ABŞ-ın Demokratlar Partiyası Kaliforniyadan olan senator Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə ölkənin vitse-prezidentliyinə namizədliyini təsdiqləyib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, qərar partiyanın Miluoki şəhərində keçirilən Milli Qurultayında qəbul olunub. Harris Milli Qurultayda çıxışı zamanı qeyd olunan vəzifəyə namizədliyə razı olduğunu bildirib.

 

Qeyd edək ki, K.Harris peşəkar hüquqşünasdır. O, 2011-2017-ci illərdə Kaliforniya ştatının baş prokuroru olub.

Müəllif: Ayna.az