ABŞ-ın İraqdakı hərbi bazası raket atəşinə tutulub

Dünya

14.06.2020 - 15:39

Bağdad yaxınlığında yerləşən hərbi bazaya iki raket atılıb

 

Ötən gecə ABŞ-ın İraqdakı hərbi bazası yenə raket atəşinə məruz qalıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Bağdad yaxınlığında yerləşən hərbi bazaya iki raket atılıb. Nəticədə hərbi bazadakı bəzi tikililərə ziyan dəyib. Atəş zamanı bazada olan ABŞ əsgərlərdən heç kim xəsarət almayıb.

 

İraqın xüsusi xidmət orqanları dərhal hadisə yerinə gəliblər. ABŞ və İraq mütəxəssisləri birgə araşdırma aparırlar. 2020-ci ildə ABŞ-ın İraqdakı hərbi bazalarına və səfirliyinə bir neçə dəfə hücum olub.

Müəllif: Ayna.az