ABŞ hökuməti “Bayden-Harris administrasiyası” adlana bilər

Dünya

25.03.2021 - 08:54

Ölkə tarixində analoji qərar heç vaxt olmayıb

 

Ağ Ev ABŞ hökumətini rəsmi olaraq “Bayden-Harris administrasiyası” adlandırmağı tələb edib. AYNA xəbər verir ki, bu barədə “Fox News” telekanalının efirində aparıcı Taker Karlson məlumat verib.

 

Qeyd edib ki, ölkə tarixində analoji qərar heç vaxt olmayıb və bu, Prezidentin hakimiyyəti vitse-prezidentlə bölmək niyyətini nümayiş etdirir.

 

“Belə olan halda sual yaranır. Dövləti həqiqətən kim idarə edir? Sükanın arxasından kimdir?”, - deyə teleaparıcı bildirib.

 

Xatırladaq ki, bir qədər əvvəl Co Bayden səhvən Kamalla Harrisi prezident adlandırıb. Bəzi analitiklər bunu ölkədəki mümkün hakimiyyət dəyişikliyinə işarə kimi qiymətləndiriblər. 

Müəllif: Ayna.az