ABŞ Dövlət Departamenti kiberbüro yaradacaq

Dünya

27.10.2021 - 08:39

Büroya Senat tərəfindən təsdiq edilmiş xüsusi tapşırıqlar üzrə səfir rəhbərlik edəcək

ABŞ Dövlət Departamenti artan haker hücumları ilə əlaqədar Kiberməkan və Rəqəmsal Siyasət üzrə Büro yaratmağı planlaşdırır.

AYNA xarici mediaya istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

Prays qeyd edib ki,  Büroya Senat tərəfindən təsdiq edilmiş xüsusi tapşırıqlar üzrə səfir rəhbərlik edəcək.

Xatırladaq ki, bu il hakerlər bir çox ABŞ şirkətlərinə hücum ediblər. Belə hücumlardan biri “Colonial Pipeline” boru kəməri operatoruna qarşı həyata keçirilib və ABŞ-ın Şərq sahillərində müvəqqəti yanacaq çatışmazlığına gətirib çıxarıb. Hakerlər eyni zamanda, Ayova ştatından olan kənd təsərrüfatı şirkətinə hücum ediblər ki, bu, Orta Qərbdə taxıl yığımında fasilələrlə əlaqədar narahatlığa səbəb olub.

Müəllif: Ayna.az