ABŞ-də parkda atışma olub, ölən və yaralanan var

Dünya

22.03.2025 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerində təcili yardım xidmətləri işləyir

ABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub.

AYNA.AZ “CBS News”a istinadən xəbər verir ki, bu barədə yerli polis departamentindən bildirilib.

Məlumata görə, silahlı insident nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə güllə yarası alıb.

Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Məsələnin təfərrüatları araşdırılır, atəş açan şəxsin axtarışları davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş