Təbii fəlakət nəticəsində minlərlə ev işıqsız qalıb
ABŞ-nin Texas ştatının cənubunda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 4 nəfər ölüb.
AYNA.AZ xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Associated Press (AP) məlumat yayıb.
Qeyd olunub ki, ən ciddi vəziyyət Hidalqo dairəsindədir, burada 3 nəfər ölü tapılıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi, qeyri-qanuni mühacirlərin daşınması üçün istifadə edildiyi güman edilən su altında qalmış avtomobildə daha bir kişinin cəsədinin tapıldığını bildirib.
Təbii fəlakət nəticəsində minlərlə ev işıqsız qalıb, Harlingendəki Velli beynəlxalq hava limanı bağlanıb, bütün uçuşlar təxirə salınıb.
Oxşar mənzərə, Meksikanın sərhədi boyunca müşahidə olunur, burada hərbçilər zərər çəkmiş ərazilərdən sakinləri evakuasiya etmək üçün səfərbər edilib.