ABŞ daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib

Dünya

11.09.2021 - 00:23

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ-da yaşamaq icazəsi olan 13 nəfər Əfqanıstanı tərk edib

ABŞ bu gün daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib. AYNA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn məlumat verib.

Onun sözlərinə görə, ABŞ vətəndaşlarından 19-u çarter reysi ilə, daha 2-si isə quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə aparılıb.

Bununla yanaşı, ABŞ-da yaşamaq icazəsi olan 13 nəfər Əfqanıstanı tərk edib.

Horn əlavə edib ki, davam edən terror təhlükəsi səbəbindən ABŞ rəhbərliyi müxtəlif yollarla və fərqli nöqtələrdən Əfqanıstandan təxliyəni davam etdirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş