Hadisə zamanı evdə yanğın başlayıb və mənzilə ciddi zərər dəyib
ABŞ-da təyyarə qəzası baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Kaliforniyada qeydə alınıb.
Birmühərrikli "Cirrus SR22" təyarəsi San-Bernandino dairəsindəki evin üstünə düşüb. Nəticədə təyyarənin pilotu həlak olub.
Hadisə zamanı evdə yanğın başlayıb və mənzilə ciddi zərər dəyib. Zərbənin gücündən evin bir hissəsi tamamilə dağılıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib və alov söndürülüb.
Qeyd edilir ki, hadisə zaman evdə bir kişi və uşaq olub. Onlar xilas ola biliblər.