ABŞ-da koronavirusun yayılması sürəti azalıb

Dünya

04.02.2021 - 09:23

Sutkada koronavirusa yoluxmanın yeni halları yanvarın 8-də maksimuma çatıb, lakin sonra 13,4 fazi azalıb

 

ABŞ-da koronavirusa (COVID-19) yoluxma sayı və bununla əlaqədar xəstəxanaya yerləşdirmə sayı azalmağa davam edir. AYNA-nın məlumatına görə, bu barədə "The Hill" nəşri Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Roşel Valenskiyə istinadən bildirib.

 

Qeyd edilib ki, sutkada koronavirusa yoluxmanın yeni halları yanvarın 8-də maksimuma çatıb, lakin sonra 13,4 fazi azalıb.

 

Orta hesabla, 26 yanvar - 1 fevral tarixləri arasında hakimiyyəti orqanları sutkada 144 min yeni yoluxma halları qeyd ediblər.

 

Ölüm sayı artmağa davam edir, ancaq ölüm hallarında artım tempi azalır.

Müəllif: Ayna.az