ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

Dünya

29.04.2020 - 00:45

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

 

AYNA “The Washington Post” qəzetinə istinadən xəbər verir  ki, hazırda Birləşmiş Ştatlarda 1 milyondan çox koronavirus xəstəsi var. Ölkə hakimiyyətinin, səhiyyə orqanlarının, Ümumdünya Səhiyyə Təşkilatının və başqa rəsmi mənbələrin məlumatları əsasında hesablamalar aparan qəzetin məlumatına görə, ABŞ-da virusa yoluxma halları dünyada qeydə alınan yoluxmaların üçdə birini təşkil edir.

 

Qeyd edilir ki, ölkədə koronavirusdan 57 mindən çox insan ölüb. Ancaq qəzetin məlumatına görə, ekspertlər bu rəqəmləri azaldılmış hesab edirlər.

 

Birləşmiş Ştatlarda virusa ən çox yoluxma Nyu-York ştatında qeydə alınıb. Burada 295 106 nəfər COVID-19 daşıyıcısıdır. Siyahıda ondan sonra Nyu-Cersi (113 856 yoluxma) və Massaçusets (56 462) ştatları qərarlaşıb.

Müəllif: Ayna.az