Dərman artıq xəstələr arasında sınaqdan keçirilib
ABŞ-da alimlər tərəfindən koronavirisa qarşı yeni dərman icad olunub. AYNA xarici mediaya əsasən xəbər verir ki, “Remdevisir” adlı dərmanı Çikaqo Universitetinin alimləri hazırlayıb.
Dərman artıq xəstələr arasında sınaqdan keçirilib. 113-ü ağır vəziyyətdə olan Covid-19-lu xəstədən 125 nəfəri bir həftə içində sağalıb.
Məlumatda bildirilir ki, vena daxilinə yeridlilən dərmandan istifadədən sonra nəfəs darlığı olan xəstələrin səhhətində ciddi dəyişiklik baş verib, həmçinin hərarətləri normaya düşüb.
Avropada da sürətlə yayılan dərmanın istehsalçısı ABŞ-ın “Gilead” şirkətinin gəliri qısa müddətdə 16% artıb.
Hələlik Almaniya, Danimarkada da istifadə olunan dərman ancaq reanimasiyada olan ağır xəstələrin müalicəsində tətbiq olunur. Bütün xəstələrdə geniş istifadəsi üçün rəsmi iznə ehtiyac var.