ABŞ-da keçirilən nümayişdə 4 polis bıçaqlanıb

Dünya

14.12.2020 - 05:51

Həkimlər Klinikalar SEO Xidməti

Yerli polis 33 nümayişçini saxlayıb

 

ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın tərəfdarları ilə Ağ Ev administrasiyasının əleyhdarları arasında baş verən qarşıdurmada 8 polis əməkdaşı yaralanıb. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Vaşinqton polisinin sözçüsü Yelena Hertz məlumat verib.

 

Hertz bildirib ki, polislərdən 4 nəfəri bıçaq yarası alıb.  Nümayiş zamanı tərəflər arasındakı qarşıdurmanın qarşısını almaq üçün əraziyə 100-dən çox polis əməkdaşı cəlb edilib. Yerli polis 33 nümayişçini saxlayıb. Onlardan birində elektoşok aşkar edilib. Paytaxt Merinin mətbuat xidməti məlumatı təsdiq edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş