ABŞ-da işsizlərin sayı sürətlə artır

Dünya

24.04.2020 - 03:51

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus ABŞ-da işsizlərin sayına ciddi təsir edib

 

ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı ilk dəfə olaraq kəskin sürətdə artıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, statistika ABŞ-ın Əmək Departamentinin həftəlik işsizlik müavinətləri barədə məlumatında yer alıb.

 

Belə ki, ölkədə işsizlik müavinətini tələb edənlərin sayı son bir həftə ərzində 4 milyon 427 min nəfər artaraq rekord həddə çatıb. Bununla da işsizlik müraciətlərinin sayı bir həftə ərzində 15 milyon 976 min olaraq bildirilib.

 

Qeyd edək ki, ABŞ koronavirusdan ən çox əziyyət çəkən ölkədir. Birləşmiş Ştatlarda 740 mindən çox insan virusa yoluxub, 47 mindən çox insan isə vəfat edib.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş